Quba rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə saat 21:00 radələrində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobilə, VAZ-2107 isə “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Xəsarət alanların sayı dəqiqləşdirilir
Faktla bağlı araşdırma aparılır.
***
21:13
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova