Rusiya Qazaxıstana Amur pələngi  göndərəcək
29 mart 2026 07:21 (UTC +04:00)

Rusiya Qazaxıstana Amur pələngi göndərəcək

0

Rusiya Qazaxıstana dörd nəsli kəsilməkdə olan Amur pələngini göndərəcək.

Lent.az xəbər verir ki, bu barədə “Amur pələngi” Mərkəzinin direktoru Sergey Aramilev bildirib.

Onun sözlərinə görə, mütəxəssislər hazırda həmin pələngləri seçir və Qazaxıstanda bu növün artırılması layihəsi çərçivəsində ölkəyə göndərəcəklər.

Qeyd edək ki, Rusiya və Qazaxıstan 2022-ci ildə bu növün ölkəyə yenidən gətirilməsi barədə razılaşma imzalayıb. 2025-ci ilin noyabrında isə hər iki ölkənin nazirləri pələnglərin Qazaxıstana gətirilməsi və ilkin adaptasiyası üzrə planı təsdiqləyiblər.

Seçim zamanı pələnglərin fərqli cinslərdə olması, sağlamlıq vəziyyəti, ov bacarığı və insanlara reaksiyası nəzərə alınacaq.

Seçilmiş pələnglər Qazaxıstana köçürüləcək və reabilitasiya mərkəzində sınaqdan keçiriləcək.

Əgər təcrübələr uğurlu olsa, pələnglər təbii mühitə buraxılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar