Rusiya-Ukrayna görüşü BAŞA ÇATDI:  "Ən mühüm irəliləyiş bu gün oldu..." - YENİLƏNİB
29 mart 2022 15:21 (UTC +04:00)

Rusiya-Ukrayna görüşü BAŞA ÇATDI: "Ən mühüm irəliləyiş bu gün oldu..." - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların birinci raundu yekunlaşıb.

Lent.az xəbər verir ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu görüşün nəticələri barədə fikirlərini açıqlayıb.

Nazir bildirib ki, Ukraynada atəşkəs rejiminin yaradılması uzunmüddətli siyasi nizamlanmaya gətirib çıxaracaq. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlarda ən mühüm irəliləyiş bu gün İstanbulda əldə olunub.

***

11:56

Ukrayna və Rusiya arasında İstanbul danışıqları başlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, danışıqlar Dolmabaxça sarayında keçirilir.

Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna tərəfdən isə David Araxamiya başçılıq edir. Onu da qeyd edək ki, nümayəndə heyətinin rəhbərləri görüşərkən əl sıxmayıblar.

Rusiya-Ukrayna görüşü

# 5031
avatar

Oxşar yazılar