“Frozen” filminin əsas səsləndirmə aktyorları D23 tədbirində yenidən bir araya gələrək pərəstişkarlarını sevindiriblər.
Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Idina Menzel, Kristen Bell və Josh Gad Disney-in böyük fan tədbirində birlikdə görüntüləniblər. Tədbir zamanı “Frozen” franşizasının gələcəyi ilə bağlı da maraqlı məqamlar müzakirə olunub. Aktyorların yenidən eyni səhnədə görünməsi sosial şəbəkələrdə nostalji reaksiyalara səbəb olub.