Tovuzda su arxından kişi meyiti  tapıldı
18 avqust 2026 08:46 (UTC +04:00)

Tovuzda su arxından kişi meyiti tapıldı

0

Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb. Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar