Rusiyada avtobus aşdı, 35 nəfər  xəsarət aldı
28 aprel 2025 07:04 (UTC +04:00)

Rusiyada avtobus aşdı, 35 nəfər xəsarət aldı

Rusiyanın Vladimir vilayətində sərnişin avtobusu aşıb, nəticədə təxminən 35 nəfər tibbi yardım üçün müraciət edib.

Lent.az "TASS"a istinadə xəbər verir ki, bu barədə bölgənin Daxili İşlər İdarəsinin mətbuat xidməti "VKontakte" sosial şəbəkəsində məlumat yayıb.

İlkin məlumata görə, sürücü avtobusun idarəetməsini itirərək onu yol kənarına çıxarıb və nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı avtobusda ümumilikdə 55 nəfər olub. Hazırda hadisə yerində aidiyyatı qurumların əməkdaşları çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar