Rusiyada qatar kişinin üstündən keçdi - FOTO
29 aprel 2021 08:32 (UTC +04:00)

Rusiyada qatar kişinin üstündən keçdi - FOTO

Rusiyanın İvanov vilayətində dəmir yolu keçidində faciə baş verib. 

APA-nın məlumatına görə, hadisə axşamı saatlarında Kineşma şəhərinin Vinoqradov küçəsindəki dəmiryolu stansiyasında qeydə alınıb.

Şəhər sakini qatarın altında qalaraq ölüb. 

Şahidlərin ifadəsinə görə, relslərin üzərində gəzən kişi irəliləyən qatarın xəbərdarlıq siqnalına məhəl qoymayıb. Bu zaman qatar onun üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

# 1611
avatar

Oxşar yazılar