Rusiyada təyyarə qəzası - 4 ÖLÜ   -YENİLƏNİB
24 iyun 2022 08:28 (UTC +04:00)

Rusiyada təyyarə qəzası - 4 ÖLÜ -YENİLƏNİB

Ryazanda təyyarə qəzasında 4 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə təyyarə qəzasına mühərrikin alışması səbəb olub. 

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Belqorod-Orenburq reysi ilə uçan “İl-76” tipli təyyarə texniki nasazlığa görə kənar əraziyə eniş edib. Kobud eniş nəticəsində hava gəmisi zədələnib.  
 

***

06.52

Ryazanda təyyarə qəzasında xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 
Qəza zamanı təyyarədə 10 nəfər olub. Onlardan beşi xəsarət alıb. 

***

05.45

Rusiyanın Ryazan vilayətində “İL-76” tipli təyyarə qəzaya uğrayıb. 

Lent.az xəbər verir ki, bu barədə TASS Rusiya FHN-in regional bplməsinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, saat 03.18-də (04.18 Bakı)  Ryazan şəhərində təyyarənin yerə çırpılmasına dair məlumat daxil olub.
Hava gəmisi yerə düşdükdən sonra alışıb, 5 nəfər xəsarət alıb. 
 

# 5715
avatar

Oxşar yazılar