“Robinzon Kruzo  və Cümə”nin  aktyorları eyni gündə öldü
08 sentyabr 2026 10:53 (UTC +04:00)

“Robinzon Kruzo və Cümə”nin aktyorları eyni gündə öldü

0

Türkiyəli məşhur aktyor Serhat Kılıçın ölümündən sonra onun illər əvvəl rol aldığı filmlə bağlı diqqətçəkən təsadüf üzə çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Robinzon Kruzo ve Cuma” filmində onunla baş rolu bölüşən Malavi əsilli aktyor Con Nyambinin də məhz sentyabrın 5-də həyatını itirdiyi məlum olub.

Belə ki, filmdə Robinzon Kruzo obrazını Serhat Kılıç, Cuma obrazını isə Con Nyambi canlandırıb. Nyambi 5 sentyabr 2017-ci ildə, Kılıç isə düz 9 il sonra – 5 sentyabr 2026-cı ildə vəfat edib.

Con Nyambi 2010-cu ildə təhsil almaq üçün Türkiyəyə gəlib və Karadeniz Texniki Universitetinin Biologiya fakültəsində oxuyub. O, 24 yaşında böyrək çatışmazlığı səbəbindən doğulduğu Malavidə həyatını itirib.  Nyambi Türkiyədə qatıldığı istedad yarışması ilə də tanınıb. O, Türkiyəyə sevgisini ifadə edərkən “Əcnəbi ola bilərəm, amma ürəyim qırmızı-ağdır” sözlərini işlədib.

“Ezel”, “Seksenler” və “Kuruluş Osman” kimi məşhur ekran işlərində rol alan 51 yaşlı Serhat Kılıç isə sentyabrın 5-də İstanbulda yaşadığı evdə ölü tapılıb. Onun dəqiq ölüm səbəbi araşdırmalardan sonra açıqlanacaq. Aktyorun sentyabrın 7-də Muhsin Ertuğrul səhnəsində anım mərasimi keçirilib.

Aynı filmde oynadılar aynı tarihte öldüler 9 yıl sonra kahreden tesadüf

9 YIL SONRA AYNI TARİH

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar