Toyda aparıcı ilə  tanış olmaq istəyən ofisiant   SAXLANILDI
08 sentyabr 2026 11:07 (UTC +04:00)

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

0

Xaçmazda şadlıq sarayında insident olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Bakı prospektində yerləşən şadlıq evində qeydə alınıb.

Burada ofisiant işləyən 41 yaşlı Bahadur Məmmədov (şərti adla) sərxoş halda toy-nişan aparıcısı olan xanıma yaxınlaşaraq, şəkil çəkdirmək istəyib. Qadın ondan uzaqlaşanda isə o, tanış olmaq istədiyini bildirərək, aparıcını narahat edib.

Bu vaxt ərazidə xidmətdə olan polis əməkdaşları küçədə Bahadurun uca səslə nalayiq ifadələr işlətdiyini görüblər. Onlar Bahadurdan hərəkətlərini dayandırmasını və ictimai asayişi pozmamasını istəsələr də, o, qanuni tələbə məhəl qoymayıb. Nəticədə Bahadur Məmmədov saxlanılaraq, barəsində müvafiq protokollar tərtib olunub.

Bahadur ifadəsində bildirib ki, illərdir ofisiant işləyir və bu vaxtacan heç bir qadını narahat etməyib. Həmin xanımla da şəkil çəkdirmək istəyib. Bundan sonra bir nəfər ona yaxınlaşaraq, “xanıma nə etmisən?” deyə soruşub. B. Məmmədov məhkəmədən barəsində cərimə növündə cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə B. Məmmədov 150 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar