Rusiyanın daha bir generalı Ukraynada öldürüldü -  FOTO
15 mart 2022 13:19 (UTC +04:00)

Rusiyanın daha bir generalı Ukraynada öldürüldü - FOTO

Ukraynada Rusiya ordusunun daha bir general-mayoru öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat paylaşıb.

Bildirilir ki, Ukrayna ordusunun “Azov” alayı Rusiya ordusunun general-mayorunu zərərsizləşdirib. Onun ad soyadı və vəzifəsi isə hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bu Rusiya ordusunun Ukraynada müharibə aparıldığı 20 gün ərzində həlak olan 6-cı generalıdır.

Öldürülən rusiyalı general-mayor

# 3084
avatar

Mehman Nəbiyev

Oxşar yazılar