ABŞ və İsrail aviasiyası İranın paytaxtı Tehrandakı Gülüstan sarayını da hədəfə alıb.
Lent.az MOUZE telegram kanalına istinadla bildirir ki, aviazərbələr nəticəsində saray ciddi zərər görüb. Raket zərbələrinin əks-sədası tarixi abidənin içərisini və şüşələrini dağıdıb.
Qeyd edək ki, Gülüstan sarayı Səfəvi hökmdarı birinci Təhmasibin dövründə tikilib. Abidə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.