İşdən çıxarıldı, telefon oğurladığı üçün TUTULDU - BAKIDA
03 mart 2026 12:10 (UTC +04:00)

İşdən çıxarıldı, telefon oğurladığı üçün TUTULDU - BAKIDA

1

Bakının mərkəzində soyğunçuluq hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən Malakan bağında qeydə alınıb.

36 yaşlı Murad Quliyev (ad və soyad şərtidir) “Wi-Fi”a qoşulmaq üçün bir nəfərin “Samsung a03” markalı telefonunu istəyib. Telefonu alandan sonra isə oradan uzaqlaşıb. Nəticədə zərərçəkənə 100 manat miqdarında ziyan vurub.

Bu əməlinə görə o, saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Murad ifadəsində bildirib ki, işdən çıxarılıb və maddi durumu aşağıdır. Buna görə də oğurluq əməlini törədib.

Məhkəmə onun barəsində 1 ay müddətinə həbs qərarı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 360

Oxşar yazılar