SEPAH-ın daha bir komandiri  yatdığı yerdə öldürüldü - VİDEO
21 iyun 2025 09:57 (UTC +04:00)

SEPAH-ın daha bir komandiri yatdığı yerdə öldürüldü - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin İranın Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Qeyd olunub ki, İzadi oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl qruplaşmanı maliyyələşdirmək və silahlandırmaqda məsul olub. Eləcə də, o, HƏMAS-ın hücumunu İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.

İsrailin müdafiə naziri Katz Səid İzadinin Qumdakı mənzilinə hücum nəticəsində öldürüldüyünü təsdiqləyib.

MOUZE telegram kanalı Səid İzadinin aviazərbələr nəticəsində öldürüldüyü iddia olunan evin görüntülərini yayıb.

Kanal iddia edir ki, İran generalı yatdığı yerdə öldürülüb. 

Həmin videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar