Şimali Koreyada qızdırmaya yoluxanların sayı 3 milyonu keçib
25 may 2022 04:41 (UTC +04:00)

Şimali Koreyada qızdırmaya yoluxanların sayı 3 milyonu keçib

KXDR-də qızdırma  simptomları olan şəxslərin sayı 3 milyonu keçib.

Lent.az-ın xəbərinə görə, bu barədə Koreya Mərkəzi teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artıq 2,74 milyon nəfər xəstəlikdən sağalıb, 323 min nəfər müalicə olunur. Xəstəlikdən ölənlərin ümumi sayı 68-dir. Sutka ərzində bu xəstəlikdən ölən olmayıb.
 

# 1563
avatar

Oxşar yazılar