Snoop Dogg özünə "Telegram"  kanalı açdı
18 may 2025 05:24 (UTC +04:00)

Snoop Dogg özünə "Telegram" kanalı açdı

Amerikalı reper Snoop Dogg "Telegram"da şəxsi kanal yaradıb. O, artıq tanınma işarəsi alıb və ilk paylaşımını edib.

Lent.az xəbər verir ki, bu barədə daily.afisha.ru məlumat yayıb.

Onun şəxsi "Telegram" kanalı mayın 2-də açılıb və ilk paylaşım mayın 16-da edilib. Reper məşhur "Drop It Like It's Hot" trekindən bir sətir yazıb və ertəsi gün "itləri buraxmaq" ("let the doggs out") üçün izləyicilərindən səs istəyib.

Reperin kanalına artıq 60 mindən çox istifadəçi abunə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar