Somalidə dəniz quldurları  tanker ələ keçirdi
18 iyul 2026 02:32 (UTC +04:00)

Somalidə dəniz quldurları tanker ələ keçirdi

0

İyulun 17-də Somali sahillərində Tanzaniya bayrağı altında üzən tanker dəniz quldurlarının hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə EFE agentliyi Yəmən hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Pakistanın Kəraçi limanından Somalinin Bosaso şəhərinə doğru hərəkət edirmiş. Gəminin ələ keçirilməsi Yəmənin cənub-şərq sahillərindən təxminən 26 dəniz mili məsafədə baş verib.

Tankerin sonrakı marşrutu barədə məlumat verilmir.

Hazırda Yəmən hökuməti beynəlxalq tərəfdaşlarla birlikdə hadisəyə cavab tədbirləri hazırlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar