SON DƏQİQƏ : ABŞ və Ukrayna təbii sərvətlərlə bağlı müqavilə imzaladı
01 may 2025 02:26 (UTC +04:00)

SON DƏQİQƏ: ABŞ və Ukrayna təbii sərvətlərlə bağlı müqavilə imzaladı

Vaşinqton və Kiyev ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı saziş imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Məlumata görə saziş ABŞ-a Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək.

Məlumatda bildirilib ki, Ukrayna və ABŞ rəsmiləri mətn üzərində həftələrlə müzakirə apardıqdan sonra bu həftənin əvvəlində ukraynalı nümayəndə heyəti yekun detalları dəqiqləşdirmək üçün Vaşinqtona səfər edib.

Hər iki tərəf əsas mətnin üzərində üzərində razılığa gəliblər. Lakin ayrı-ayrı mətnlərdə yazılmış texniki detallar yenidən müzakirə olunub.

Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-la birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu haqda “Facebook” hesabında paylaşım edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar