Supermarketlərin soyuducularına kiberhücum oldundu: Mallar xarab oldu
04 noyabr 2026 06:53 (UTC +04:00)

Supermarketlərin soyuducularına kiberhücum oldundu: Mallar xarab oldu

0

Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar həyata keçirilib.

Lent.az xəbər verir ki, nəticədə İsveç, Belçika, Lüksemburq, İrlandiya, Estoniya və Almaniyadakı bəzi mağazalarda soyuducuların temperaturu uzaqdan artırılıb.

Bəzi sistemlərdə temperaturun 50 dərəcəyədək yüksəldiyi, bunun da ərzaq məhsullarının yararsız hala düşməsinə səbəb olduğu bildirilir.

İsveçdə “ICA” və “Coop”, Belçikada “Carrefour” və digər supermarket şəbəkələrinin mağazaları hücumlardan zərər çəkib.

Belçikada bir qəssab mağazası sahibinin sözlərinə görə, soyuducu sisteminə müdaxilə nəticəsində təxminən 15 min avro dəyərində ət məhsulu məhv olub.

Mütəxəssislər bu hücumların internetə qoşulan köhnə soyuducu idarəetmə sistemlərinin zəifliklərindən qaynaqlana biləcəyini bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar