Tanınmış aktyor Zafer Ergin xəstəxanaya yerləşdirildi
10 mart 2026 02:48 (UTC +04:00)

Tanınmış aktyor Zafer Ergin xəstəxanaya yerləşdirildi

0

Türk televiziyalarının uzunömürlü seriallarından olan "Arka Sokaklar"da "Rıza Baba" obrazı ilə tanınan Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, aktyorun səhhəti ilə bağlı həyat yoldaşı Binnaz Ergin "Haber Global"a açıqlama verib.

Onun sözlərinə görə, aktyorun orqanizmində susuzlaşma yaranıb və infeksiya göstəriciləri yüksək çıxıb. Bununla belə, Zafer Erginin ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.

Binnaz Ergin qeyd edib ki, aktyor hazırda nəzarət məqsədilə xəstəxanadadır və planlaşdırıldığı kimi çarşənbə günü çəkiliş meydançasına qayıda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar