ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində 56 yaşlı müstəqil yazıçı Metyu Kelemenin cəsədi tapılıb.
Lent.az “The Guardian”a istinadla xəbər verir ki, qalıqlar şəhərin mərkəzindəki biznes mərkəzinin zibil qutularında aşkarlanıb.
Yazıçının qalıqları mayın 20-də şəhər sakinlərinin konteynerdən “pis qoxu” gəldiyini bildirdikdən sonra tapılıb. Kelemenin 63 yaşlı qonşusu onu öldürməkdə şübhəli bilinir. Şübhəlinin özünün də yol polisinin iştirak etdiyi təqib zamanı qəza nəticəsində öldüyü bildirilir.
Polis təqibin yazıçının ölümü ilə bağlı aparılan istintaqla bağlı olmadığını bildirib. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını açıqlamayıb.