Tayvanda güclü zəlzələ  oldu
27 dekabr 2025 21:05 (UTC +04:00)

Tayvanda güclü zəlzələ oldu

0

Tayvan sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı liman şəhəri Cilundan 63 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 68 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar