"TikTok"dan Amerikaya SƏRT CAVAB
27 mart 2023 16:50 (UTC +04:00)

"TikTok"dan Amerikaya SƏRT CAVAB

TikTok sosial media platformasının bir çox ölkədə qadağan edilməsindən sonra Çin Xarici İşlər Nazirliyi buna cavab verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin iddiaları "əsassız" adlandırıb.

ABŞ "TikTok" tətbiqini “milli təhlükəsizliyimizi təhdid etmək”də ittiham edib. ABŞ-ın Çin hökumətinə qarşı reaksiyası ilə alovlanan və genişlənən qadağalardan sonra "TikTok"un baş direktoru Shou Zi Chev keçən həftə ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsində ifadə verib. 

Çinin xarici işlər naziri Mao Ning ABŞ qanunvericilərinin məşhur video tətbiqi ilə bağlı milli təhlükəsizlik problemlərini həll etmək üçün nəzərdə tutulan qanun layihəsi barədə "Amerika ədalətli rəqabətə hörmət etməli və xarici şirkətləri sıxışdırmağı dayandırmalıdır" deyib.

Qeyd edək ki, Amerikada "TikTok"platformasından istifadə bütün hökumət işçiləri üçün qadağan edilib. 

# 1641
avatar

Fidan İlqar

Oxşar yazılar