Göyçay və Biləsuvarda narkotacirlər saxlanıldı - VİDEO
24 sentyabr 2026 14:10 (UTC +04:00)

Göyçay və Biləsuvarda narkotacirlər saxlanıldı - VİDEO

0

Göyçay və Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş A.Abdullayev və E.Məmmədov saxlanılıblar. Onlardan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs  barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun yaydığı xəbərə əsasən, Biləsuvarda saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar