Venesuelada tiktoker canlı yayımda qətlə yetirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Cesus Sarmiento yaşadığı evdə tiktokda canlı yayımda olarkən mənzilə basqın olub. Naməlum şəxslər onu güllələyərək qaçıblar.
Məlumata görə, Cesus yayım zamanı ölkənin bir sıra vəzifəli şəxslərini, həmçinin mafiya başçılarını insanlardan pul yığmaqda ittiham edib.
Onu öldürənlərin kimliyi məlum deyil. Araşdırma aparılır.