“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara   satıldı
19 aprel 2026 08:30 (UTC +04:00)

“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satıldı

0

“Titanik” gəmisinin sərnişinlərindən birinə məxsus xilasedici jilet hərracda £530 minə (təxminən 715 min dollar) satılıb.

APA xəbər verir ki, bu barədə “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. 

Jilet birinci sinif sərnişini Laura Meybl Frankatelliyə məxsus olub və o, qəza zamanı xilasedici qayıqlardan birinə minərkən onu geyinib.

Əşya uzun illər ailədə saxlanıldıqdan sonra satışa çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar