Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina etdi
18 may 2026 23:51 (UTC +04:00)

Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina etdi

0

ABŞ Prezidenti Donald Tramp İranla bağlı planlaşdırılan hərbi əməliyyatın təxirə salındığını açıqlayıb.

Lent.az-ın məlumatına görə, Tramp “Truth Social” platformasında paylaşdığı bəyanatda bildirib ki, bu qərarı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın müraciətindən sonra verib.

ABŞ liderinin sözlərinə görə, İranla bağlı ciddi danışıqlar aparılır və Körfəz ölkələrinin fikrincə, razılıq əldə oluna bilər.

“Böyük lider müttəfiqlərimizin fikrincə, ABŞ, Yaxın Şərq ölkələri və digər dövlətlər üçün qəbulolunan bir razılaşma əldə ediləcək”, – deyə Tramp qeyd edib.

O bildirib ki, mümkün razılaşma İranın nüvə silahı əldə etməməsini də nəzərdə tutur.

Tramp əlavə edib ki, müdafiə naziri Pit Heqsetə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynə və orduya sabaha planlaşdırılan hücumu həyata keçirməməyi tapşırıb. Bununla yanaşı, razılaşma əldə olunmasa, genişmiqyaslı əməliyyata qısa müddətdə hazır olmaları göstərişi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar