Trampdan Harvarda zərbə - Xaricdən tələbə qəbul edə bilməyəcək
22 may 2025 22:50 (UTC +04:00)

Trampdan Harvarda zərbə - Xaricdən tələbə qəbul edə bilməyəcək

Harvard Universiteti terroru dəstəkləyən davranışlara görə tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatını itirib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinin tələbə qəbulu və mübadilə proqramında iştirak üçün nəzərdə tutulan ziyarətçi proqramı sertifikatının (SEVP) ləğv olunması barədə göstəriş verib.

"Sizə Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm", - ABŞ daxili təhlükəsizlik naziri Kristi Noemin universitetə ​​göndərdiyi məktubda deyilir.

Bu o deməkdir ki, Harvard bundan sonra xarici tələbələri qəbul edə bilməyəcək və hazırda təhsil alan xarici tələbələr ya başqa universitetə keçməli, ya da hüquqi statuslarını itirməlidirlər.

İddialara görə Harvard rəhbərliyi, anti-Amerika və terroru dəstəkləyən təxribatçıların, o cümlədən bir çox yəhudi tələbənin təzyiqə və fiziki hücuma məruz qalmasına imkan verərək kampusda təhlükəli mühit yaradıb və bu, universitetin bir vaxtlar hörmətli olan təhsil mühitinə ciddi zərbə vurub.

Məlumatda xüsusilə o da qeyd olunur ki, bu təxribatçılardan bir çoxu xarici tələbələrdir.

Bundan başqabildirilir ki, Harvard rəhbərliyi həmçinin Uyğur soyqırımında iştirak edən Çin Kommunist Partiyasına bağlı paramilitar qrupun üzvlərini qəbul edib və onlara təlim keçməklə ÇKP ilə əlaqəli fəaliyyətlərdə iştirak edib.

Qeyd edək ki, bu addım, keçən ay Daxili Təhlükəsizlik Nazirliyinin Harvard üçün nəzərdə tutulmuş 2.7 milyon dollarlıq qrantı dayandırmasından sonra atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37