Turist vulkana   düşüb öldü
25 iyun 2025 14:29 (UTC +04:00)

Turist vulkana düşüb öldü

İndoneziyada braziliyalı turist vulkana düşərək ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə turist Culian Marins Rincani vulkanına düşüb. Xilasedicilər 4 günlük axtarışlardan sonra dronlardan istifadə edərək, onun 600 metr dərinlikdə çarəsiz qaldığını görüblər.

Lakin onu oradan çıxarmaq çətin olduğu üçün proses gecikib və Marins ölüb. Mərhumun meyiti vulkandan çıxarılaraq, yaxınlıqdakı düşərgəyə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar