Ukrayna F-16-ları nə vaxt əldə edəcək? - ZELENSKİ AÇIQLADI
16 iyun 2024 20:55 (UTC +04:00)

Ukrayna F-16-ları nə vaxt əldə edəcək? - ZELENSKİ AÇIQLADI

Yaxın zamanda Ukraynaya F-16 qırıcı təyyarələri gətiriləcək.

Lent.az “RBK-Ukrayna”-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Matte Frederiksenlə görüşündən sonra deyib.

“Görüş zamanı yaxın zamanda Ukraynaya gətiriləcək Danimarkanın F-16 təyyarələrinin təhvil verilməsinə hazırlıq işlərinin gedişini müzakirə etmək imkanımız oldu. Matte Frederiksenə sülh sammitində iştirak etdiyinə və Sülh Formulasının həyata keçirilməsinə Qlobal Cənub ölkələrinin cəlb edilməsində Danimarkanın fəal köməyinə görə minnətdaram.”, - Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Oxşar yazılar