Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti hotelə qayıdıb.
Lent.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Bununla da, danışıqların ikinci raundu başa çatıb. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir şərh verilməyib. Görüş tam qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.
Qeyd olunub ki, müzakirə iştirakçıları bəzən kənara çəkilib, bəzən bir araya gəliblər.