Rusiya Ukraynanın Xerson vilayətinin Poniativka kəndinə hücum edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı 2-si uşaq olmaqla 3 mülki vətəndaş həyatını itirib.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak açıqlamasında bildirib ki, hücum zamanı bir ev vurulub:
“Rusiya dinc sakinləri öldürməyə davam edir”.