Ukraynalı hərbi əsirlərin sayı AÇIQLANDI
23 iyun 2022 03:34 (UTC +04:00)

Ukraynalı hərbi əsirlərin sayı AÇIQLANDI

 

Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk əsirlikdə olan hərbçilərin sayını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirib ki, hazırda 2 minə yaxın ukraynalı əsgər əsirlikdədir.

"Hərbi əsirlərə gəlincə, həqiqətən də bizim reyestrimizdə çoxlu sayda hərbi əsirimiz var. Amma deməliyəm ki, Rusiya onların hamısını təsdiq etmir. Bu günə kimi 2 minə yaxın əsirimiz var” , - deyə İrina Vereşçuk bildirib.

# 1662
avatar

Oxşar yazılar