Viktor Yanukoviçə 15 il HƏBS CƏZASI
20 yanvar 2026 16:44 (UTC +04:00)

Viktor Yanukoviçə 15 il HƏBS CƏZASI

0

Ukraynada Ali Antikorrupsiya Məhkəməsi Kiyev yaxınlığında torpaq sahəsinin ələ keçirilməsi ittihamı ilə keçmiş prezident Viktor Yanukoviç barəsində hökm çıxarıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu Telegram kanalında məlumat verib.

Qurum iş üzrə konkret olaraq kimlərin təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmir, lakin qeyd edir ki, 2007-ci ildə həmin şəxs respublikanın baş naziri vəzifəsini tutub. Bu təsvir 2014-cü ildə Avromaydandan sonra devrilərək Ukraynadan qaçmış keçmiş dövlət başçısı Viktor Yanukoviçə uyğundur.

Məhkəmənin qərarında qeyd olunur ki, keçmiş prezident Suxoluçye ərazisində sahəsi 17,5 hektar olan torpaq sahəsini ələ keçirib. Həmin sahənin dəyəri 22 milyon qrivna (təxminən 872 min 280 manat) təşkil edib.

Daha əvvəl Ukrayna məhkəməsi Yanukoviçi insanların dövlət sərhədindən qanunsuz keçirilməsinin təşkilində, dezertirliyə təhrikdə, dövlətə xəyanətdə və Rusiya Federasiyasına yardım etməkdə təqsirli bilib. Bu ittihamlar üzrə Ukraynanın keçmiş prezidentinə 15 il həbs cəzası da təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar