Türkiyənin baş naziri Əhməd Davudoğlu “A Haber” telekanalının əməkdaşı Murat Akgünün suallarını cavablayarkən maraqlı məqamlara toxunub. Lent.az xəbər verir ki, jurnalistin “Ankara terrorundan sonra rəy sorğusu aparılıbmı, nəticələr necədir”? sualına Davudoğlu belə cavab verib:
“Yaxın vaxtlarda sorğuların nəticələri bəlli olacaq. Biz əvvəlcə bəyannaməmizi açıqladıq və sonra sorğu keçirdik. Ankaradakı terrordan sonra ilkin nəticələr faizlərin yüksəldiyini göstərirdi. Düzdür, bir çox sorğular keçirilir, bizdə olan məlumata görə, 44 faizədək yüksəlmə qeydə alınıb. Bizim üçün önəmli olanı AKP-ni təkbaşına iqtidara gətirəcək faizin əldə edilməsidir. A Planına görə, təkbaşına iqtidar olacağıq”.