DANİB-in region gənclərini parlament seçkiləriylə bağlı təlimə topladı
19 oktyabr 2015 09:52 (UTC +04:00)

DANİB-in region gənclərini parlament seçkiləriylə bağlı təlimə topladı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) həyata keçirdiyi “Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində 4 günlük təlimin açılışı olub.

Lent.az-ın məlumatına görə, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə toplantı iştirakçılarını təbrik edən DANİB sədri Elməddin Behbud bütün təhdid və təhlükələrə rəğmən ölkəmizin cənab prezident İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində ümummili lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil inkişaf yoluna uğurla davam etdiyini bildirib. Azərbaycandakı milli donor institutlarının yaranmasından da bəhs edən təşkilat sədri Gənclər Fondunun qısa zaman müddətində göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu, keçən dövr ərzində minlərlə gəncin və gənclər təşkilatının layihələrinin dəstəkləndiyini vurğulayıb. Elməddin Behbud dövlət gənclər siyasətinin əhalinin sözügedən yaş qrupundan olan bütün şəxslərin hərtərəfli inkişafını təmin etmək məqsədi daşıdığını və bu istiqamətdə ardıcıl olaraq sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib. Birliyin sədri təlimə qatılmaq üçün gənclərin fəallıq nümayiş etdirməsinin seçkilərə olan maraqdan irəli gəldiyini və layihəyə 200-dək müraciətin olduğunu deyib: “DANİB olaraq hər zaman dövlətimizin bütün sahələrdə yaratdığı imkanları yüksək qiymətdirərək gənclərin milli-mənəvi dəyərlərimizə sadiq şəkildə, eyni zamanda müasir bilik və bacarıqlara yiyələnməklə inkişafı etməsi üçün fəaliyyətimizi davam etdiririk. Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Gənc Seçicilər Parlament Seçkiləri 2015-ə Hazırdır” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarından (Samux, İsmayıllı, Naxçıvan, Cəbrayıl, Qazax, Şəmkir, Şirvan, Gəncə və s.) seçilən iştirakçılar üçün bu gündən etibarən 4 günlük maarifləndirici təlim başlayır. Təlim müddətində gənclərin parlamentin funksiyaları, Milli Məclisin və deputatın səlahiyyətləri, seçkilərin demokratiyada yeri və rolu, seçkilərdə iştirak prinsipləri, seçki komissiyaları, deputatlığa namizədliyin irəli sürülməsi və qeydiyyatı, təbliğat-təşviqat prosesi, Milli Məclisə seçkilərin yekunları və digər mövzularda məlumatlandırılması nəzərdə tutulur. Məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsinə, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha fəal iştirak etmələrinə nail olmaqdır. Əminəm ki, gənclər böyük mütəşəkilliklə 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərə qatılaraq azad şəkildə siyasi iradələrini ifadə edəcəklər”.

Təlimçi Mirəli Hüseynov çıxış edərək təlimin mövzusu və gündəliyi haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra təlim qrup oyunları ilə işini davam etdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38