ABŞ-da 12 il əvvəl itkin düşən qız tapılıb. Lent.az-ın məlumatına görə, Texas əyalətində 4 yaşında itən Sabrina Allen 12 ildən sonra Meksikada tapılıb.
Xüsusi xidmət orqanları tərəfindən verilən məlumata görə, 16 yaşında olan Sabrina Allen və 44 yaşındakı anası Dana Liorens Meksikanın paytaxtı Mexikonun cənubunda aparılan əməliyyat nəticəsində müəyyən edilib. FTB tərəfindən ABŞ-a gətirilən qız tibbi müayinədən keçirilib. Onun anası isə qızı qaçırmasına görə istintaqa cəlb olunub.
Qeyd edək ki, azyaşlı qız 2002-ci ildə anasına baş çəkməyə gedib. S. Allen həmin gündənsonra anası ilə birgə yoxa çıxıb.