Rusiya MSK sədri Azərbaycanda seçkilərii izləyəcək
14 oktyabr 2015 19:31 (UTC +04:00)

Rusiya MSK sədri Azərbaycanda seçkilərii izləyəcək

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbər\ görə, bu barədə V. Çurov özü məlumat verib:

 

“Müxtəlif missiyalar tərkibində Azərbaycanda parlament seçkilərini izləməyə hazırlaşırıq. Bu bizim yaxın vaxtlar üçün planlarımızdır”,- deyə o bildirib.

 

V. Çurov əlavə edib ki, noyabrın 1-də keçiriləcək seçkilərdə fərqli cəhət odur ki, ATƏT missiyası müşahidə aparmayacaq: “ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir. Bu qərar qurumun sənədlərinə uyğun deyil. Bu onun şəxsi qərarı olub. Seçkilərdə digər missiyalar müşahidələr aparacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar