
Dəqiqəyə 70 min dollar qazanc - Dünyanın ən zəngin ailələri
Sam Valton 1962-ci ildə ABŞ-ın Missisipi hövzəsində kiçik bir kənddə qurduğu müxtəlif çeşidli mal satılan dükanı ilə bu gün dünyanın ən zəngin ailəsinin təməlini qoyub.
Lent.az "Reuters"ə istinadla xəbər verir ki, dünyanın zəngin ailələri sırasında birinci yerdə qərarlaşan "Walmart" pərakəndə satış mərkəzlərinin sahibi Valton ailəsi hər saat 4 milyon, hər dəqiqədə isə 70 min dollar qazanır.
Ailə keçən il gəlirlərini 39 milyard artıraraq, 191 milyarda çatdırıb.
İkinci yerdə olan "Mars" ailəsi ötən il sərvətlərini 37 milyard artıraraq, 127 milyarda, üçüncü yerdəki "Koch" ailəsi isə 125 milyardlıq sərvətlərinə 26 milyard da əlavə ediblər.
Bəs bu pullar necə qazanılır? Bunlar satışlardan gələn gəlirlər deyil. 39 milyard dollarlıq gəlir "Walmart" hissələrinin bazarlardakı artımından qaynaqlanır. Bu pulu 365 günə və 24 saata bölürlər. Yoxsa ki, hər saat 4 milyon dollar nağd olaraq axıb gəlmir.
Oxşar yazılar

Qəfil leysan onlarla insanı öldürdü
15 avqust 2025 , 13:18
Bəyoğlu bələdiyyəsində ƏMƏLİYYAT: sədr və 40 nəfər saxlanıldı
15 avqust 2025 , 10:30
Kuril adaları yaxınlığında güclü zəlzələ oldu
15 avqust 2025 , 06:57
Rusiyada məhkəmə hakimi qəddarlıqla öldürüldü, cinsi orqanı kəsildi
14 avqust 2025 , 23:06
Kamçatkada güclü zəlzələ oldu
14 avqust 2025 , 21:21
Həkimlər burnunda popkorn qalan uşağı öldürdülər
14 avqust 2025 , 19:35
İş adamı yeniyetmə qızları “bahalı həyat”la şirnikləndirib zorladı
14 avqust 2025 , 19:20