Sidneydə terror təhlükəsi: məktəblər bağlandı
20 oktyabr 2015 07:24 (UTC +04:00)

Sidneydə terror təhlükəsi: məktəblər bağlandı

Avstraliyanın Sidney şəhərində terror təhlükəsi ilə əlaqədar iki məktəb bağlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təhsil ocaqları şəhərin cənub-qərbində,  Reversbi və Panania bölgəsində yerləşirlər.

 

Ərazi polis tərəfindən əhatəyə alınıb. Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, təhlükə kəsb edən məlumat sosial şəbəkələr vasitəsi ilə yayılıb. Hazırda polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar