Xəstəxanaya raket düşdü - 14 tibb işçisi həlak oldu
15 mart 2026 01:17 (UTC +04:00)

Xəstəxanaya raket düşdü - 14 tibb işçisi həlak oldu

0

Cümə günü Livana edilən hücumlar nəticəsində 14 tibb işçisi həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

"ÜST dünən gecə Burc Qalaviyyə ilkin səhiyyə mərkəzinə hücum zamanı 12 tibb işçisi və tibb bacısının ölümünü təsdiqləyir. Bir neçə saat əvvəl Əl-Sovan səhiyyə mərkəzinə edilən hücumlarda da iki həkim həlak olub", - o deyib.

Qebreyesus onu8 da qeyd edib ki, 2 martdan bəri ÜST Livanın səhiyyə sisteminə 27 hücum qeydə alıb. Nəticədə 30 nəfər ölüb, 35 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar