Yalnız burada yumurta bişirmir  - SƏBƏB
09 mart 2026 15:08 (UTC +04:00)

Yalnız burada yumurta bişirmir - SƏBƏB

0

Dünyanın demək olar ki, hər yerində yumurta qaynatmaq mümkündür. Lakin ən yüksək nöqtədə bu üsul işləmir. Everestin zirvəsində adi qaydada yumurta bişirmək mümkün deyil. Səbəb isə mətbəxin olmaması deyil, suyun qızdırılarkən necə davranmasını müəyyən edən əsas fizika qanunlarıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər problemin atmosfer təzyiqi ilə bağlı olduğunu bildirirlər. 

Everestin zirvəsində  - 8849 metr hündürlükdə atmosfer təzyiqi dəniz səviyyəsindəki təzyiqin təxminən üçdə biri qədərdir. Nəticədə su təxminən 68°C temperaturda qaynamağa başlayır. Belə su ilə asanlıqla yanmaq mümkündür, lakin yumurtanı tam bişirmək üçün bu temperatur kifayət etmir.

Bunun səbəbi yumurtanın kimyəvi tərkibi ilə bağlıdır. Həm yumurta ağı, həm də sarısı müəyyən temperaturda bərkiyən zülallardan ibarətdir. Yumurta ağında olan ovalbumin adlı maddə təxminən 80°C temperaturda laxtalanmağa başlayır. Sarı isə təxminən 70°C temperaturda bərkiyir. Su 68°C-dən yuxarı qızmırsa, zülallar tam bərkimir və yumurta nə qədər qaynadılsa da, yarı çiy qalır.

Bu məhdudiyyəti aradan qaldırmağın yeganə yolu təzyiqi artırmaqdır. Məhz buna görə yüksək dağlıq ərazilərdə təzyiqli qazan (skorovarka) istifadə olunur. Hermetik qabın içində təzyiq artır və bununla birlikdə suyun qaynama temperaturu da yüksəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar