Yaxın Şərqdəki müharibədə ölənlərin sayı  məlum oldu
12 mart 2026 05:23 (UTC +04:00)

Yaxın Şərqdəki müharibədə ölənlərin sayı məlum oldu

0

Yaxın Şərqdə hərbi qarşıdurma başlayandan ölənlərin sayı məlum olub.

APA xəbər verir ki, statistikanı “Reuters” agentliyi müxtəlif ölkələrin rəsmi mənbələrinə əsasən yayıb.

Agentlik İranın dövlət mediasına istinadla yazır ki, bu ölkədə fevralın 28-dən indiyədək zərbələr nəticəsində 1270 nəfər ölüb.

İsrail ordusunun zərbələri nəticəsində Livanda ölənlərin sayı 634 nəfərdir. Ümumdünya Səhiyyə Təşkilatı bunun 84 nəfərinin uşaq olduğunu deyir.

İraq Səhiyyə Nazirliyinin məlumatına görə bu ölkədə hücumlar 16 mülki şəxsin ölümü ilə nəticələnib.

İsraildə ilk ölüm martın 1-də qeydə alınıb. Həmin gün 9 mülki şəxs həyatını itirib. Ordunun itkisi isə cəmi 2 nəfərdir.

Müdafiə Nazirliyinin məlumatına görə BƏƏ-də 6 nəfərin ölümü qeydə alınıb.

Suriyada binaya raket düşməsi nəticəsində 4 nəfər həyatını itirib. Raketin İrandan atıldığı məlum olub.

Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının hər birində 2 nəfər raket zərbəsinin qurbanı olub. Səudiyyədə ölənlər əcnəbidir.

ABŞ ordusunun canlı qüvvə itkisi isə 7 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar