“Ukrayna pis sülh müqaviləsinə razılaşmaqdansa, mübarizəni davam etdirməyə üstünlük verərdi”.
Lent.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodymyr Zelenski ABŞ-ın “The Atlantic” jurnalına müsahibəsində deyib.
"Zelenski bildirib ki, o, xalqını pis bir razılaşmaya məcbur etməkdən daha çox, ümumiyyətlə heç bir razılaşma bağlamamağı üstün tutardı. Dörd il davam edən intensiv müharibədən sonra belə o deyir ki, ləyaqətli və davamlı sülhün təmin edilməsi üçün lazım olsa, mübarizəni davam etdirməyə hazırdır", - məqalədə deyilir.
Jurnalın məlumatına görə, Zelenski müsahibə boyunca dəfələrlə alçaldıcı şərtlərlə razılaşmaya razı olmayacağını təkrarlayıb.