Zelenski nöqtəni qoydu: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək
25 yanvar 2026 22:11 (UTC +04:00)

Zelenski nöqtəni qoydu: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək

0

“Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”.

Lent.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib.

"Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", - o vurğulayıb.

Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri haqqında sənədin 100% hazır olduğunu, qalan tək şeyin onu imzalamaq olduğunu deyib.

"Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək", - Zelenski əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar