İsti havada evi kondisionersiz sərin  saxlamaq üçün sadə və effektiv  üsul
07 may 2026 12:05 (UTC +04:00)

İsti havada evi kondisionersiz sərin saxlamaq üçün sadə və effektiv üsul

0

Mütəxəssislər kondisioner olmadan, 24 °C-yə qədər temperaturda mənzili sərin saxlamağın sadə üsulundan danışırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki isti günlərdə evdə müxtəlif yerlərə və xüsusilə pəncərə önlərinə su dolu qablar qoymaq tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, havaların istiləşməsi fonunda kondisionersiz evi sərin saxlamaq xüsusilə istiliyi içəridə qorumaq üçün tikilmiş evlərdə çətin ola bilər. Bu isə otaqların həddindən artıq isinməsinə və gecələr narahatlığa səbəb olur. Enerji üzrə ekspertlər sadə və ucuz üsul tövsiyə edir.

Pəncərələrin yanında və ya ventilyatorun qarşısında soyuq su və ya buz dolu qab yerləşdirmək. Su havadakı istiliyi özünə çəkir, qismən buxarlanır və beləliklə otaqdakı temperaturu aşağı salır. Qabı ventilyatorun qarşısına və ya açıq pəncərənin yanına qoyduqda effekt daha da artır.

Bu üsul otaqda daha sərin hava axını yaratmağa kömək edir. Oxşar tövsiyəni British Gas şirkəti də dəstəkləyir. Şirkət qeyd edir ki, bu metod kondisionerlərlə müqayisədə soyutma xərclərini azaltmağa imkan verir. Çünki kondisionerlər xeyli daha çox elektrik enerjisi sərf edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar