Bu bitkini qoparmağın cəriməsi 23 min manatdır
13 noyabr 2026 04:15 (UTC +04:00)

Bu bitkini qoparmağın cəriməsi 23 min manatdır

0

Dünyada yalnızca Türkiyənin Antalya bölgəsində bitən Termessos zəfəranı bioloji qaçaqmalçılıq və nəzarətsiz toplanma təhlükəsi ilə üzləşib.

Lent.az xəbər verir ki, payız aylarında çiçək açan bitki bənövşəyi rəngli çiçəkləri ilə seçilir.

Bu çiçəyi qoparmağa görə 699 min 245 türk lirəsi (təxminən 23619 manat) inzibati cərimə tətbiq oluna bilər.

Bu bitkinin hətta bir nümunəsinin qoparılması onun təbii populyasiyasına zərər vura bilər. Bitkinin yalnız özünü deyil, yarpaqlarını, kök yumrularını və DNT nümunələrini icazəsiz toplamaq da bioloji müxtəlifliyə təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar