YAP-ın internet qəzetinə HAKER HÜCUMU:  xəbərlər silindi
12 noyabr 2026 17:00 (UTC +04:00)

YAP-ın internet qəzetinə HAKER HÜCUMU: xəbərlər silindi

0

“Yeni Azərbaycan” qəzetinin onlayn resursu olan yeniazerbaycan.com saytına kütləvi kiberhücum qeydə alınıb.

Lent.az xəbər verir ki, “Delta Telecom LTD” tərəfindən verilən məlumata əsasən, bu gün gecə saatlarında sayt naməlum haker qrupu tərəfindən hücuma məruz qalıb.

Kiberhücum nəticəsində saytda yerləşdirilmiş 15 xəbər materialı silinib. Eyni zamanda, saytın bannerlərinə və yeni xəbərlərin yerləşdirildiyi bölmələrə müdaxilə edildiyi ehtimal olunur. Bundan əlavə, resursa müxtəlif faylların yüklənməsinə dair cəhdlər də aşkarlanıb.

Hazırda hücumun nəticələrinin aradan qaldırılması, informasiya resursunun təhlükəsizliyinin təmin edilməsi və mümkün risklərin qarşısının alınması məqsədilə müvafiq profilaktik və texniki tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar