Lənkəranda bir ailənin 9 üzvü  aşdan zəhərləndi - YENİLƏNİB
12 noyabr 2026 17:05 (UTC +04:00)

Lənkəranda bir ailənin 9 üzvü aşdan zəhərləndi - YENİLƏNİB

0

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Lent.az-a sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

16:57

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Lent.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Dərhal araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub.

Qeyd olunub ki, agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilir.

"AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir", məlumatda deyilir.

***

16:45

Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.

APA-nın xəbərinə görə, rayonun Osaküçə kənd sakinləri olan 7 nəfərin evdə hazırlanan turşudan zəhərləndikləri bildirilir.

Onlar zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar