Kül, keçi tükü, palçıq və samandan TİKİLƏN MÜASİR EV   - FOTOLENT
20 avqust 2022 10:18 (UTC +04:00)

Kül, keçi tükü, palçıq və samandan TİKİLƏN MÜASİR EV - FOTOLENT

İordaniyalı akademik Hamed Yusuf Nazzal uzun illər xaricdə yaşadıqdan sonra doğma şəhəri Əl-Məfrəkə qayıdaraq təbiətə uyğun materiallardan tikdirdiyi ev həm vizual, həm də tikinti üsulu baxımından böyük diqqət çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazzal 1998-ci ildə Şotlandiyanın Qlazqo Universitetində ingilis ədəbiyyatı üzrə magistr dərəcəsini alıb və 11 il ABŞ-da dərs deyib.

Eyni zamanda, ABŞ jurnalının media işçisi və baş redaktoru kimi çalışan Nazzalın hibrid ədəbiyyatla bağlı 200-ə yaxın dərc olunmuş məqaləsi və çox sayda nəşrləri var.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 5 il tərcüməçi işlədikdən sonra 2016-cı ildə ölkəsinə qayıdan Nazzal akademik həyatından tamam fərqli bir yol cızıb.

Belə ki, Nazzalın palçıqdan və samandan tikdiyi ev bu günlərdə “keçmişin müasir yozumunu” görmək istəyənlərin maraqla ziyarət etdiyi məkana çevrilib.

2021-ci ildə tamamlanan evin sahəsi 200 kvadratmetrdir. Günbəzli evini bitirmək və xəyalındakı memarlığı həyata keçirmək üçün 3 il daha çalışan Nazzal tikintidə beton material əvəzinə palçıq, arpa samanı, kül və keçi tükündən istifadə edib.

Beş otaqdan ibarət, günbəzli, bəzi hallarda mütəxəssislərlə məsləhətləşərək tikilən evin otaqları standart ölçülərə əsaslanmadığından hündürlüyü 3,5-7,75 metr arasında dəyişir.

Nazzalın evi qısa zamanda müasir memarlıqda köhnə tikinti üsulunu tətbiq etmək istəyənlərin sevimli məkanına çevrilib.

Nazzal açıqlamasında "Mənim evim palçıqdan tikilmiş ilk müasir tikilidir. Bu bina yaşamaq qabiliyyətini, həm bədənə, həm də ruha uyğun olduğunu sübut edib. Bu bina da hava şəraitinə uyğunlaşır, qışda isti, yayda sərindir” deyib.

Divarların palçıqdan olduğu üçün nəfəs aldığına, genişləndiyinə, büzüldüyünə və hava faktorlarına uyğunlaşdığına deyən Nazzal bunun elmi araşdırma olmadan ərsəyə gəldiyini açıqlayıb.

Nazzalın sözlərinə görə, sözügedən evin sadəliyinə baxmayaraq 40 min İordaniya dinarına (təxminən 56 min dollar) başa gəlib:

“Baha başa gəlməsini işin sınaqdan keçirilməsi və bəzi səhvlərə yol vermələri ilə əlaqələndirib. Fərdi zəhmətlə tikilən bu ev köhnə tikinti texnikası ilə maraqlananlar üçün turizm məkanına çevrilib”.

# 2685
avatar

Fidan İlqar

Oxşar yazılar

Həftədə bir dəfə yataq dəstinizi yumasanız, bu xəstəliyə YOLUXACAQSINIZ

Həftədə bir dəfə yataq dəstinizi yumasanız, bu xəstəliyə YOLUXACAQSINIZ

28 noyabr 2022 , 11:36
Radiatorda paltar QURUTMAYIN:  Bununla nəticələnə bilər...

Radiatorda paltar QURUTMAYIN: Bununla nəticələnə bilər...

26 noyabr 2022 , 19:00
Bitkilərinizi bu yolla tez BÖYÜDƏ BİLƏRSİNİZ

Bitkilərinizi bu yolla tez BÖYÜDƏ BİLƏRSİNİZ

29 oktyabr 2022 , 18:21
Bu qidaları soyuducunuza qoyun -  İY GƏLMƏSİN

Bu qidaları soyuducunuza qoyun - İY GƏLMƏSİN

29 oktyabr 2022 , 14:32
Evinizdəki bu əşyaları   tez-tez dəyişin: Bakteriya mənbəyi...

Evinizdəki bu əşyaları tez-tez dəyişin: Bakteriya mənbəyi...

7 oktyabr 2022 , 11:50
Evdən gedən pişik geri qayıtdı:  Görün nə etdi...   -  VİDEO

Evdən gedən pişik geri qayıtdı: Görün nə etdi... - VİDEO

20 sentyabr 2022 , 16:12
İynəni belə asan saplamaq olar

İynəni belə asan saplamaq olar

17 sentyabr 2022 , 15:30
Evin dizaynı  necə edilməlidir?

Evin dizaynı necə edilməlidir?

15 sentyabr 2022 , 15:27